525.Az
Bakıda it oğrusu tutulub
Bakıda 23 yaşlı oğlan it oğurluğuna görə saxlanılıb.
APA-nın xəbərinə görə, Nizami rayonu ərazisində yeniyetmələrin itlə getdiyini görən Tanriverdiyev Yusif İlham oğlu onları güdüb. Sonra gəzdirmək adı ilə yaxınlaşıb və iti götürərək aradan çıxıb. Zərərcəkən şəxs polisə verdiyi ifadəsində oğurlanan itin qiymətinin 2000 manat olduğunu bildirib.
Oğurlanan it tapılaraq sahibinə qaytarılıb. Polis bu şəxsin digər analoji cinayətlərdə iştrakını istisna etmir.
Tanrıverdiyev aralarında yaranan narazılığa görə tələbə yoldaşı Həsənova Nahidə Pirverdi qızını döydüyündən barəsində digər icraatda da cinayət işi başlanıb.
27.08.2014
çap et