|
|
|
|
“Heydər Əliyev İli” çərçivəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) həyata keçirilən layihələrdən biri də Azərbaycan dövlətçiliyi və Ulu Öndər Heydər Əliyev irsinə dair ədəbiyyatların rəqəmsallaşdırılması olub.
Kitabxanadan 525.az-a bildirilib ki, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi tərəfindən komplektləşdirilən 276 nüsxə ədəbiyyat elektronlaşdırılaraq MEK-in rəsmi saytında yerləşdirilib. MEK-də Ümummilli Lider Heydər Əliyevin zəngin irsini özündə əks etdirən seçilmiş nəşrlərin rəqəmsallaşdırılması işi davam etdirilir.
Sevinc Qarayeva