|
|
|
|
Paytaxtın ümumi təhsil müəssisələrində təsərrüfat işləri üzrə direktor müavini/təsərrüfat müdiri, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifələrinə işə qəbul üzrə noyabrın 18-də və 20-də keçirilən test imtahanlarına 2 162 namizəd dəvət edilib.
Bu barədə 525.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Bildirilib ki, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinə isə 344 namizəd dəvət olunub.
İmtahanlarda namizədlərə 100 ballıq 40 sual (vəzifə üzrə hər biri 3 bal olmaqla 20 sual, İKT səriştələri üzrə hər biri 2 bal olmaqla 10 sual və məntiq üzrə hər biri 2 bal olmaqla 10 sual) verilib. Sualların cavablandırılması üçün 90 dəqiqə vaxt ayrılıb.
Test imtahanının nəticələri barədə məlumat namizədlərə SMS vasitəsilə göndəriləcək. Keçid həddi (ixtisas üzrə minimum 30 bal, İKT üzrə minimum 10 bal, məntiq üzrə minimum 10 bal) 50 bal müəyyənləşdirilib. 50 və daha bal çox toplayan namizədlər müsahibə mərhələsinə dəvət ediləcəklər.
Sevinc Qarayeva