Bakıda keçirilən qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması üzrə konfransın yekunlarına əsasən bəyannamə qəbul edilib.
525.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova açıqlayıb.
Bəyannamə Azərbaycanın Qoşulmama Hərəkatının gələcək sədrləri olan Uqanda və Özbəkistanla birgə təşkil etdiyi konfransın yekunlarına əsasən qəbul olunub.