525.Az

Nicat Dağlar: “Müalicəm tam yekunlaşmayıb”


 

Nicat Dağlar: “Müalicəm tam yekunlaşmayıb”<b style="color:red"></b>

Leykozdan müalicə olunan jurnalist Nicat Dağlar iyulun 9-dan Almaniyanın Bad Vildungen şəhərinin Hematologiya Klinikasında dördüncü müayinə və müalicədən keçib.

Avqustun 27-də “Media forum” saytına açıqlamasında jurnalist bu dəfə müalicə prosesinin bir aya yaxın davam etdiyini deyib:

“Bir illik müalicə kursunun yekun müayinələri aparıldı. Analizin nəticələri ürəkaçan oldu, alman həkimlər razı qaldı.

Müalicəm tam yekunlaşmayıb. Ağır bir xəstəlikdən qurtulmağa çalışırıq. Buna görə də bəzi dərmanları kəsdilər, bəzisini saxladılar. Artıq altı-yeddi ay bundan əvvəl qəbul etdiyim dərmanlar yoxdur. Sayı bir qədər azalıb. Çox güman ki, dekabr ayında təkrar müayinə prosesi olacaq. Ümumilikdə vəziyyət yaxşıdır.

Səhhətimə ciddi diqqət və qayğı göstərən dövlət başçısına, əlaqədar qurumlara təşəkkürümü bildirirəm. Son bir ildə bu diqqət və qayğıdan bir an olsun kənarda qalmadım. Sonuncu müayinə də dövlətin nəzarəti və dəstəyi altında keçdi”.

 





27.08.2014    çap et  çap et