|
|
|
|
Pakistanın Pəncab əyalətində havanın çirklənməsini azaltmaq üçün süni yağışın yaradılması planlaşdırılır.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Pakistan hakimiyyəti Pəncabın Lahor şəhərində artan hava çirkliliyi ilə mübarizə üçün müxtəlif tədbirlər görüb.
Səlahiyyətlilər, tədbirlər çərçivəsində noyabrın 28 və 29-da Lahorda süni yağışın yaradılması üçün lazımi hazırlıqlara başlanıldığını açıqlayıb.
Bundan əlavə, Lahorda bütün məktəblərin şənbə günləri bağlanacağı, bazarların saat 15:00-dan sonra açılacağı qərara alınıb.
Qeyd edək ki, Pəncabda noyabrın 8-də hava çirkliliyinin yüksək olduğu ərazilərdə 4 günlük tətil elan edilib.
Malik Atilay