|
|
|
|
ABŞ-də müalicə alan təxminən 450 xəstə venadaxili dərmanların düzgün tətbiq edilməməsi səbəbindən hepatit və HİV-ə məruz qalmış ola bilər.
525.az xəbər verir ki, ABŞ-nin Massaçusets ştatındakı Salem Xəstəxanasında müalicə alan təxminən 450 xəstə venadaxili dərmanların düzgün tətbiq edilməməsi səbəbindən hepatit və HİV-ə yoluxmuş ola bilər.
Xəstəxanadan verilən açıqlamada: "İlin əvvəlində endoskopik xəstələrin kiçik bir hissəsinin venadaxili dərmanların düzgün tətbiq edilməməsi səbəbindən infeksiyaya məruz qala biləcəyini öyrəndik", - deyilib.
Xəstəxana rəsmiləri açıqlamasında: "Vəziyyət aşkar edildikdən sonra dərhal tətbiqi düzəliş edilib və xəstəxananın infeksiyaya nəzarət qruplarına məlumat verilib", - deyə bildirib.
Məhəmməd Tağıyev