İslandiyada püskürmək üzrə olan vulkandan danışan mütəxəssis vulkanın "soda qabı" kimi partlaya biləcəyini bildirib.
525.az xəbər verir ki, İslandiya Meteorologiya İdarəsi, Svartsengidə bir quyuda maqmatik qazın təsbit edildiyini bildirərək, Faqradalsfjall vulkanının yaxın günlərdə püskürməsinin an məsələsi olduğunu və ən yüksək risk altında olan yerin Grindavik şəhəri olduğunu açıqlayıb.
Son bir həftə ərzində İslandiyanın cənub-qərbindəki Reykjanes yarımadasında baş verən minlərlə kiçik zəlzələdən sonra bu kiçik balıqçı şəhərciyi artıq boşaldılıb.
Qeyd edək ki, Mançester Universitetinin yer elmləri üzrə baş müəllimi Marqaret Hartli: "Əsas məsələ püskürmənin olub-olmaması deyil, nə vaxt baş verəcəyidir", - deyib.
Məhəmməd Tağıyev