|
|
|
|
Finlandiya Rusiyanı bu ölkəyə qeyri-qanuni mühacirləri zorla göndərməkdə ittiham edib.
525.az xəbər verir ki, Finlandiyanın cənub-şərq sərhəd xidməti rəisi Jouko Kinnuen yerli mətbuata açıqlamasında Rusiya hakimiyyətinin fəal və sistemli şəkildə sərhəd bölgəsinə qeyri-qanuni mühacirləri gətirdiyini və onları Finlandiyaya keçməyə məcbur etdiyini bildirib.
Rus səlahiyyətlilərin sərhəd qapılarını açaraq insanları Finlandiya tərəfinə itələdiyini, daha sonra isə sərhəd qapılarını bağladığını, bu insanların geri qayıtmasını qeyri-mümkün etdiyini ifadə edən Kinnunen, bir çox mühacirin öz iradələri olmadan Finlandiyaya keçmək məcburiyyətində qaldıqlarını bildirib.
Qeyd edək ki, Finlandiya noyabrın 16-da Rusiya ilə dörd sərhəd qapısını bağlayacağını açıqlamışdı.
Məhəmməd Tağıyev