|
|
|
|
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) yeni hesabatına əsasən, qızılcaya yoluxma halları və ölüm halları 2021-2022-ci illər arasında kəskin şəkildə artıb.
525.az xəbər verir ki, CDC-nin həftəlik hesabatının bir hissəsi olaraq 17 noyabr cümə günü dərc edilən araşdırma, həmin tarixlərdə qızılcaya yoluxma hallarının təxmin edilən sayında 18 faiz artım olduğunu ortaya qoyub. Bu statistika, yoluxmaların sayının 2021-ci ildəki 7,8 milyondan bir il ərzində 9,2 milyona yüksəlməsi deməkdir.
Qızılcadan ölənlərin sayının isə 43 faiz artdığı bildirilib. Beləliklə, ölənlərin sayı 95 mindən 136 minə yüksəlib.
Qeyd edək ki, ÜST-nin vaksinlər və biologiya direktoru Dr. Keyt O'Brien: "Uşaqların qızılca peyvəndi ilə qorunmaq hüququ var", - deyib.
Məhəmməd Tağıyev