|
|
|
|
İsrail Müdafiə Qüvvələri Fələstinin Qəzza zolağının cənubundakı Rəfah şəhərində döyüşləri dörd saatlıq dayandırıb.
525.az xəbər verir ki, ordu sözçüsü Aviçai Edri bu barədə "X" sosial şəbəkəsində məlumat verib.
"Humanitar məqsədlər üçün hərbi fəaliyyətin müvəqqəti taktiki dayandırılması" yerli vaxtla saat 10:00-dan 14:00-a qədər davam edib.
Edri Rəfahın bir neçə bölgəsinin sakinlərini evlərini tərk edərək Qəzzanın cənubundakı humanitar zonaya çatmağa çağırıb. “Biz sizi anı dəyərləndirib cənuba getməyə dəvət edirik!”, - deyə o əlavə edib.
Havar Şəfiyeva