|
|
|
|
Pentaqon rəhbəri Lloyd Ostin Kiyevə gəlib və burada o, Ukrayna hakimiyyəti ilə qışda hərbi əməliyyatların davam etdirilməsi üçün dəstək, eləcə də təhlükəsizlik sahəsində strateji tərəfdaşlıq məsələlərini müzakirə edəcək.
525.az xəbər verir ki, nazirin səfərinin səbəblərini Amerika hərbi idarəsinin mətbuat xidməti açıqlayıb.
“Nazir Ostin Ukrayna rəhbərliyi ilə yüksək səviyyəli müzakirələr aparacaq. Müzakirələrdə əsas diqqət ABŞ və Ukrayna arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsinə, o cümlədən Ukrayna Silahlı Qüvvələrinə həm qışda döyüş əməliyyatları aparmaq, həm də ölkəni gələcək Rusiya təhdidlərindən qorumaq üçün lazımi imkanların verilməsinə yönəldiləcək", - deyə bəyanatda bildirilir.
Ayrı-ayrılıqda qeyd olunur ki, Ostin rəsmi Kiyevlə Ukrayna Ordusunun gələcək inkişafı ilə bağlı ideyaları müzakirə edəcək.
Qeyd olunur ki, Ostin daha əvvəl Kiyevə gəldiyini təsdiqləyib. Onun sözlərinə görə, ABŞ həm indi, həm də gələcəkdə Rusiyaya qarşı mübarizədə Ukraynaya dəstəyini davam etdirəcək.
Havar Şəfiyeva