|
|
|
|
Əgər İsrail sülh niyyətindədirsə, o, nifrət səpməməlidir.
525.az "El Pais"ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) diplomatik departamentinin rəhbəri Xosep Borrel deyib.
Diplomat vurğulayıb ki, bir dəhşəti digəri ilə əsaslandırmaq olmaz.
Borrell qeyd edib ki, Qəzza zolağında humanitar vəziyyət tamamilə dözülməzdir, lakin Fələstin-İsrail münaqişəsi Avropada çox mübahisəli məsələdir. Avropa Birliyi fələstinlilərin özlərini müdafiə etmək qabiliyyətinin az olduğu İordan çayının qərb sahilində yeni zorakılıqların baş verməsindən narahatdır.
Qeyd edək ki, Borrell bundan əvvəl Fələstinin radikal HƏMAS hərəkatının münaqişə bitdikdən sonra Qəzza zolağına nəzarət edə bilməyəcəyini bildirib.
Havar Şəfiyeva