525.Az

Boşnak tarixçi Heydər Əliyev haqqında kitab yazıb


 

Boşnak tarixçi Heydər Əliyev haqqında kitab yazıb<b style="color:red"></b>

Heydər Əliyevin 100 illik yubileyi münasibətilə boşnak tarixçi Admir Lisitsa Ümumilli lider haqqında kitab yazıb.

525.az xəbər verir ki, kitab Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyinin sifarişi əsasında hazırlanıb.

Məlumata əsasən, əsər bu günlərdə Sarayevo nəşriyyatlarının birində nəfis şəkildə çap olunub.

Səfirlik dekabrın 13-də Universitet kitabxanasında dərcin təqdimat mərasimini keçirməyi planlaşdırır ("Report").

 





21.11.2023    çap et  çap et