525.Az

Prezident Naxçıvana 5 milyon manat ayırdı


 

Prezident Naxçıvana 5 milyon manat ayırdı<b style="color:red"></b> Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad - Babək qəsəbə - Nehrəm - Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

525.az-ın prezidentin rəsmi saytına istinadən istinadən verdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Babək rayonunda otuz bir min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad – Babək qəsəbə – Nehrəm – Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 5 milyon manat ayrılıb.
 
Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
 





27.08.2014    çap et  çap et