"Ermənistan 1992-2020-ci illər arasında Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlayaraq 800 mindən çox insanı etnik təmizləməyə məruz qoyub. 7 rayon tamamilə dağıdılıb xarabalığa çevrilib. İşğal nəticəsində Azərbaycana dəymiş ziyan 100 milyard dollardan çoxdur. İşğal nəticəsində 15 mindən çox Azərbaycanlı dünyasını dəyişib və 4354 nəfər itkin düşüb. İşğal müddətində Azərbaycan ərazisində 1 milyona yaxın mina basdırılıb və 2020-ci ildən sonra 350-ə yaxın Azərbaycanlı mina qurbanı olub. Nəticə: Ermənistan bir sıra Qərb ölkələrindən maliyyə və hərbi dəstək almaqda davam edir".
Bunu 525.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Azərbaycan: Öz daxili maliyyə resursları hesabına Ermənistanın xarabalığa çevirdiyi əraziləri minadan təmizləyir, yenidən qurur və bərpa edir. 800 mindən artıq qaçqın və məcburi köçkünün fərqli yerlərdə yerləşdirilməsini təmin edib. Avropanın enerji təhlükəsizliyində töhvəsini artırır. Post-sovet məkanında münaqişələrə məruz qalan ölkələr arasında ərazi bütövlüyü və suverenliyini bərpa edən ilk dövlətdir və regionda sülh təklifləri ilə çıxış edir:
"Nəticə: Azərbaycan ilə bağlı mütəmadi olaraq qərəzli dinləmələr və saxta qətnamələr qəbul olunur".
Sevinc Qarayeva