İranın paytaxtı Tehranda parlament binası qarşısında ov tüfəngindən atəş açan silahlı şəxsin saxlanıldığı bildirilib.
525.az xarici mediaya istinadən xəbər verir ki, İranın Mehr Xəbər Agentliyinin məlumatına görə, naməlum şəxs parlament binasının qarşısında ov tüfəngindən atəş açıb.
Silahlı şəxsin təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə saxlanıldığı bildirilib.
Hücum zamanı xəsarət alan olmayıb.
Hadisə ilə bağlı təfərrüatların daha sonra açıqlanacağı qeyd edilib.
Malik Atilay
çap et