525.Az

Azərbaycan əsgəri - Hüseyn Bağıroğludan poetik nümunələr


 

Azərbaycan əsgəri - <b style="color:red"> Hüseyn Bağıroğludan poetik nümunələr</b>

Hüseyn BAĞIROĞLU

 

Azərbaycan əsgəri

Haçan qanın qaynadı,

Yer yerindən oynadı.

Sən bu Vətən uğrunda

Savaşdan heç doymadın.

Ey tarixin ilk əri,

Azərbaycan əsgəri!

 

Dünya türkün dünyası,

Vətən ömrün mənası,

Başda Turan sevdası,

Bağrına bas Xəzəri.

Sənsən uca Allahın

Ən sevimli əsəri,

Azərbaycan əsgəri!

 

İman dolu köksünə

Nə ox, nə güllə dəysin.

Uca Tanrı düşməni

Sənin əlinlə döysün.

Hünərinə sevinib

Coşsun Araz, Həkəri...

Ey tarixin ilk əri,

Azərbaycan əsgəri!

Səni görən olmadı

Söyüş meydanlarında.

At oynatdın hər zaman

Döyüş meydanlarında.

Vətənə bahar oldun

Ömrünün baharında.

Ey tarixin ilk əri,

Azərbaycan əsgəri!

 

Sənin qəhrəmanlığın

Dünyanı çaş-baş salıb.

Düşmənlərin başına

Dağdan ağır daş salıb.

Önündə dayanmağa

Yox dünyanın təpəri.

Ey tarixin ilk əri,

Azərbaycan əsgəri

 

Sənin alın yazında

Öldü var, döndü yoxdu.

Bu millətin yolunda

Yandı var, söndü yoxdu.

Sən gözümün qarası,

Sən gözümün ağısan.

Anam Azərbaycanın

Sönməyən çırağısan.

Adın dillər əzbəri,

Özün düşmən çəpəri.

Ey tarixin ilk əri,

Azərbaycan əsgəri!

 

Sən vüqarlı Haçadağ,

Sən yenilməz Əlincə.

Meydanlardan çıxmadın,

Yağı düşmən ölüncə.

Sənsən ana yurdumun

Açılan hər səhəri.

Ey tarixin ilk əri,

Azərbaycan əsgəri!

 

 





23.11.2023    çap et  çap et