525.Az

Şair Əbülfəz Naxçıvanlı vəfat edib


 

Şair Əbülfəz Naxçıvanlı vəfat edib<b style="color:red"></b> Şair, publisist Əbülfəz Naxçıvanlı dünyasını dəyişib.
 
Lent.az-ın xəbərinə görə, bu məlumatı “mediaforum” saytına filologiya üzrə elmlər doktoru, Hüseyn Cavidin Ev Muzeyinin ictimaiyyətlə əlaqələrə məsul şəxsi Gülbəniz Babaxanlı verib.
 
Əbülfəz Naxçıvanlı 1948-ci ildə Naxçıvanda anadan olub. 1972-ci ildə BDU-nun filologiya fakültəsini bitirib. 1992-ci ildən “Maarif” nəşriyyatının redaktoru olub.
 
1965-ci ildən mətbuatda müntəzəm çıxış edən Əbülfəz Naxçıvanlı 400-dən çox publisistik məqalənin, şeirlər və poemalardan ibarət 11 kitabın, eləcə də 2 monoqrafiyanın müəllifidir.
 
Əbülfəz Naxçıvanlı Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmmədin nəvəsi, Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşı idi.
 





28.08.2014    çap et  çap et