525.Az

Şamaxıda ağır qəza: 4 yaralı


 

Şamaxıda ağır qəza: 4 yaralı<b style="color:red"></b> Şamaxı rayonunda 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Şamaxı-Pirqulu yolunun 25-ci kilometrliyində, rayonun Qızmeydan kəndi ərazisində qeydə alınıb.
 
Özəl yol təmir-tikinti şirkətinə məxsus olan “Mitsubishi” markalı minik maşını yoldan çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində maşında olan işçilər - Kürdəmir rayon sakinləri, 1990-cı il təvəllüdlü  Kərimov Sərdar Qurbət oğlu, 1990-cı il təvəllüdlü Xələfov Cavanşir Fərəc oğlu, 1995-ci il təvəllüdlü Gəncə sakini İbrahimov Razi Vüqar oğlu və 1986-cı il təvəllüdlü Samux sakini Quliyev Ceyhun Şakir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
 





28.08.2014    çap et  çap et