525.Az

Rusiyada iki qatar toqquşdu: 25 yaralı


 

Rusiyada iki qatar toqquşdu: <b style="color:red">25 yaralı</b>

Rusiyada iki qatarın toqquşması nəticəsində baş verən qəzada 25 nəfər xəsarət alıb.

525.az xəbər verir ki, Rusiyanın Ulyanovsk vilayətinin Kuybışev şəhərində Adler-Perm istiqamətində hərəkət edən sərnişin qatarı digər qatarla üz-üzə toqquşub. Qəza nəticəsində qatarda olan 400 sərnişindən 25-nin yaralandığı açıqlanıb.

Rusiya Səhiyyə nazirinin müavini Aleksey Kuznetsov qəza yerində 5 sərnişinə tibbi yardım göstərildiyini, xəstəxanalarda müalicə alanların isə həyati təhlükəsinin olmadığını bildirib.

Məhəmməd Tağıyev

 





24.11.2023    çap et  çap et