525.Az

Ukraynada seçki kampaniyasına start verildi


 

Ukraynada seçki kampaniyasına start verildi<b style="color:red"></b>

Bu gün Ukraynada oktyabrın 26-da keçiriləcək növbədənkənar parlament seçkilərinə start verilib.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu ölkənin qanunvericiliyində qarışıq sistemdə keçiriləcək seçkilərdə 450 deputat seçilməsi nəzərdə tutulur. Rusiyanın işğal etdiyi Krım və Simferopolda seçki keçirilməyəcək, ancaq bu ərazilərdə yaşayan Ukrayna vətəndaşları partiya siyahısı ilə namizədlikləri irəli sürülənlərə səs verə biləcəklər. Beləliklə, budəfəki seçkilərdə Ukrayna Ali Radasına maksimum 438 deputat seçiləcək.

Terrorçulara qarşı əməliyyatların aparıldığı Luqansk və Donetsk vilayətlərində qanunla müvafiq olaraq 11 və 21 dairədə seçki keçirilməsi nəzərdə tutulur.

 





28.08.2014    çap et  çap et