525.Az

Emin Əmrullayev Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib


 

Emin Əmrullayev Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib<b style="color:red"></b>

Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 24-də Naxçıvan şəhərində vətəndaşların müraciətlərini dinləyib.

Nazirlikdən 525.az-a bildirilib ki, görüşdə Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur sakinləri iştirak ediblər.

Vətəndaşlar əsasən işə qəbul, ümumi təhsil, tələbələrin köçürülməsi və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Elm və təhsil naziri vətəndaşları dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

 





24.11.2023    çap et  çap et