525.Az

İlham Əliyev Beyləqanda avtomobil yolunun açılışında iştirak edib


 

İlham Əliyev Beyləqanda avtomobil yolunun açılışında iştirak edib<b style="color:red"></b>

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Beyləqanda Birinci Şahsevən-Əhmədli-Dünyamalılar kəndlərini birləşdirən avtomobil yolunun açılışında iştirak edib.

525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, sözügedən yol ölkə başçısının sərəncamı ilə tikilib. Sənədə əsasən avtomobil yolunun tikintisinə prezidentin ehtiyat fondundan ilkin olaraq 2 mln. manat vəsait ayrılıb.
 
25 min nəfərin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən yolun ümumi uzunluğu 39 km-dən çoxdur. Hazırda avtomobil yolunun 20 kilometrlik hissəsinin inşası başa çatdırılıb.
 
Dördüncü texniki dərəcəli bu yolun istifadəyə verilməsi onun əhatə etdiyi kəndlərin sakinlərinin rayon mərkəzi, o cümlədən respublika əhəmiyyətli əsas yollara çıxışını asanlaşdırır.

 





28.08.2014    çap et  çap et