525.Az

İranda qar uçqununa düşən alpinistlərin cəsədləri tapıldı


 

İranda qar uçqununa düşən alpinistlərin cəsədləri tapıldı<b style="color:red"></b>

Cümə günü səhər saatlarında İranın Loristan əyalətinin Əznə şəhərində qar uçqununa yaxalanan 9 nəfərlik alpinist qrupun 5 üzvündən son 3-nün cəsədi tapılıb.

525.az İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına istinadən xəbər verir ki, Əznə Qızıl Aypara Cəmiyyətinin prezidenti Əli Rza Süleymani hadisə ilə bağlı açıqlama verib.

Dünən uçqun altında olan 2 nəfərin cəsədinə çatdıqlarını xatırladan Süleymani, axtarış-xilasetmə qruplarının bugünki iş zamanı daha 3 nəfərin cəsədinə çatdığını və ölənlərin sayının 5-ə yüksəldiyini bildirib.

Süleymani axtarış-xilasetmə işlərinin tamamlandığını bildirib.

Əznə Qızıl Aypara sədri Süleymani əvvəlki açıqlamalarında cümə axşamı günü Oştorankuh dağlarının ətəklərinə gedən alpinist komandasının cümə günü səhər saatlarında Senberan zirvəsinə qalxmağa başladığını və Çale Kebud bölgəsində qar uçqunu altında qaldığını bildirmişdi.

Qeyd edək ki, Süleymani uçqun nəticəsində qar altında qalan 9 alpinistdən ibarət qrupdan 2-si yaralanan 4 nəfərin xilas edildiyini, 5 alpinistin isə uçqun altında qaldığını bildimişdi.

Malik Atilay

 





27.11.2023    çap et  çap et