525.Az

Dünyanın ən böyük aysberqi 30 ildən sonra yerindən tərpəndi


 

Dünyanın ən böyük aysberqi 30 ildən sonra yerindən tərpəndi<b style="color:red"></b>

Dünyanın ən böyük aysberqi 30 ildən çox okean dibində ilişib qaldıqdan sonra hərəkətə keçib.

525.az xarici mediaya istinadən xəbər verir ki, "A23a" adlı aysberq 1986-cı ildə Antarktika sahil zolağından qopub. Lakin o, tez bir zamanda Ueddel dənizində quruya çırpılaraq buz adasına çevrilib.

"A23a"nın səthinin sahəsi təxminən 4 min kvadrat kilometrdir. Elm adamları son illərdə buz parçasında hərəkət siqnalları aşkar etmişdilər. Verilən son məlumatlara görə, "A23a" yenidən Antarktidadan çıxmağa başlayıb.

30 ildən artıqdır ki, hərəkətsiz vəziyyətdə olan aysberqin qalınlığı 400 metrə çatır.

Alimlərin fikrincə, "A23a"nın kütləsi son 35 ildə azalıb. Beləliklə, nəhəng buz parçası suyun səthində hərəkət edə biləcək qədər yüngülləşib.

Malik Atilay

 





27.11.2023    çap et  çap et