"Neftçi" klubu Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində bu gün evdə "Partizan"la qarşılaşıb.
Qol.Az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayıb.
Bu komandalar arasında baş tutan ilk görüşdə Serbiya təmsilçisi 3:2 hesabı ilə qələbə qazanıb. Qrup mərhələsinə vəsiqə qazanmaq üçün "Neftçi" mütləq qalib gəlməli idi. Son Azərbaycan kubokunun qalibini 1:0 və ya 2:1 kimi minimal hesablı qələbələr də qane edəcəkdi. Ancaq Bakı təmsilçisi bu görüşdə 1:2 hesabı ilə məğlub olaraq Avroliqada mübarizəni dayandırıb. Oyunun sonlarında "Neftçi"nin futbolçuları intizamsız hərəkətləri ilə diqqət çəkiblər. Matçın 86-cı dəqiqəsində Ernost Nfor, 90+3 dəqiqədə Erik Ramos və Sesilyo Keue qırmızı vərəqə alaraq meydandan qovulub.
Xatırladaq ki, "Neftçi" 2012/2013 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Partizan"la eyni qrupda mübarizə aparmışdı. Bu komandalar arasında Serbiyada baş tutan ilk görüşdə qapılara qol vurulmamışdı - 0:0. Bakıdakı cavab qarşılaşmasında da qalib müəyyənləşməmişdi. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk etmişdi.
çap et