525.Az

Bakıda mədəniyyət və yaradıcı sənayelər sərgisi açılıb


 

Bakıda mədəniyyət və yaradıcı sənayelər sərgisi açılıb<b style="color:red"></b>

Bakıda “Mədəniyyət və Yaradıcı Sənayelər Forumu” çərçivəsində “Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi” (MY EXPO 2023) açılıb.

525.az xəbər verir ki, forum müddətində nümayiş olunacaq sərgi Heydər Əliyev Mərkəzində kreativ məhsulların və yaradıcı sənaye nümayəndələrinin fəaliyyətinin tanıdılması məqsədilə təşkil olunub.

Sərgi kino, animasiya, musiqi, cultech (mədəniyyət sahəsində startaplar), gametech (oyun texnologiyaları), dəb, dizayn kimi yaradıcı klasterləri, eləcə də yaradıcı məkan və regionları bir araya gətirib ("Report").

 





28.11.2023    çap et  çap et