525.Az

Ermənistanda 4 hərbçi minaya düşüb


 

Ermənistanda 4 hərbçi minaya düşüb<b style="color:red"></b> Avqustun 28-də Ermənistanın Tavuş vilayətinin Berd şəhəri yaxınlığında 4 erməni hərbçisi minaya düşüb.
 

APA-nın News.am saytına istinadən verdiyi xəbərə görə, məlumatı Ermənistanın müdafiə nazirinin mətbuat katibi Artsrun Ovannisyan təsdiq edib.
 
Onun sözlərinə görə, insident nəticəsində 4 hərbi qulluqçu – 3 zabit və 1 əsgər yaralanıb. Hadisənin təfərrüatları dəqiqləşdirilir.
 





29.08.2014    çap et  çap et