525.Az

İranın “ən ağır körpəsi” doğulub


 

İranın “ən ağır körpəsi” doğulub<b style="color:red"></b>

İranın Məşhəd şəhərində 7 kiloqram çəkidə körpə doğulub.

525.az xarici mediaya əsasən xəbər verir ki, İran dövlət televiziyasına danışan Məşhəd Rezevi Xəstəxanasının Ginekologiya və Doğum Mütəxəssisi Dr. Nigar Ramazanpur mövzu ilə bağlı məlumat verib.

Ramazanpur 4 gün əvvəl dünyaya gələn körpənin 7 kiloqram olduğunu bildirib.

İranın "ən ağır" körpəsinin keysəriyyə ilə doğulduğunu söyləyən Dr. Ramazanpur bildirib ki, körpənin çəkisi anasının şəkər xəstəsi olması ilə əlaqədardır.

Körpənin ailənin 5-ci övladı olduğunu deyən iranlı həkim onun cinsi və adı ilə bağlı məlumat verməyib.

Malik Atilay

 





28.11.2023    çap et  çap et