525.Az

Gələn ay Azərbaycan-Moldova Hökumətlərarası Komissiyasının iclası keçiriləcək


 

Gələn ay Azərbaycan-Moldova Hökumətlərarası Komissiyasının iclası keçiriləcək<b style="color:red"></b>

Dekabrda 6-da Moldovada Azərbaycanla bu ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən 525.az-a verilən məlumata görə, bu barədə nazir Məcnun Məmmədovun Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko ilə keçirdiyi görüşdə bildirilib.

Tərəflər iki ölkənin kənd təsərrüfatı, enerji, nəqliyyat, təhsil, turizm və digər sahələrdə əməkdaşlıq imkanlarını, bu sahələrdə imzalanmış və razılaşmada olan müqavilələri, gələcək əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.

Xatırladaq ki, komissiyanın Azərbaycan tərəfdən həmsədri M.Məmmədovdur.

 





29.11.2023    çap et  çap et