Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun ölkədən çıxışı məhdudlaşdırılıb.
525.az xəbər verir ki, bu barədə keçmiş prezidentin mətbuat xidməti məlumat yayıb.
Belə ki, hazırda Ali Radanın (parlament) deputatı olan P.Poroşenkonun hərbi rejim zamanı xarici ezamiyyət icazəsinin olmasına baxmayaraq bu gün Ukraynanın sərhədindən xaricə buraxılmayıb.
Ukrayna rəsmi orqanları bu barədə heç bir açıqlama verməyiblər.