https://525.az/img/pics/medium/2024-02/304796_h4xi926rd7.jpg Şərqin elm və mədəniyyət beşiyi - Naxçıvan Muxtar Respublikası - 100
https://525.az/img/pics/medium/2022-02/217791_39zaqiclvy.jpg İnformasiya müharibəsinin ən mühüm vəzifəsi - Sosial şəbəkədə yazılanlar
https://525.az/img/pics/medium/2024-02/304784_q6u22646vk.jpg GÜNƏŞİ SALAMLAMAQLA BAŞLANAN GÜNLƏR - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2024-01/301065_r7ml0gv3zu.jpg Bakıda son çərşənbə - Afaq Vasifqızı yazır
search
27 Fevral 2024

Qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibi bəlli olub

Qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibi bəlli olub

Şahmatın rapid və blits növləri üzrə qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub.

525.az məlumatına görə, Bakı Şahmat Klubunda təşkil olunan yarışda idmançılar əvvəlcə rapid, son gün isə blitsdə mübarizə aparıblar.

Yekunda hər iki növdə nəticələrin cəmi üzrə qaliblər müəyyənləşib. İki yarışın yekununa əsasən 14 xal toplayan Ləman Hacıyeva Azərbaycan çempionatının qalibi olub.

Ayan Allahverdiyeva 13,5 xalla ikinci yeri tutub. Hərəyə 13 xal toplayan Türkan Məmmədyarova ilə Xəyalə Abdulla müvafiq olaraq 3-4-cü yerləri bölüşdürüb. Əlavə göstəricilərdə üstün olan Türkan Məmmədyarova turniri üçüncü yerdə başa vurub.

Qadınlar arasında rapid və blits üzrə Azərbaycan çempionatının mükafat fondu 3000 manat təşkil edib.

Qeyd edək ki, Azərbaycan çempionatı Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək rapid və blits üzrə dünya çempionatlarına seçmə xarakter daşıyıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.