https://525.az/img/pics/medium/2025-07/358980_b958tua4n4.jpg Bakıda 40 dərəcə isti - SABAHIN HAVASI
https://525.az/img/pics/medium/2025-07/358972_cr31xbafbj.jpg Dünya çempionu müəyyənləşir – Avropa nəhəngləri finalda
https://525.az/img/pics/medium/2025-07/358971_g7zhz161hd.jpg Ərdoğandan sərəncam - TRT rəhbəri dəyişdi
https://525.az/img/pics/medium/2025-07/358961_h99hl018u5.jpg Deputat: Dövlətimiz regionun tezliklə sülh və əməkdaşlıq məkanına çevrilməsinin tərəfdarıdır
search
13 İyul 2025
12 İyul 2025

Şəhriyar Məmmədyarov 26-cı, Teymur Rəcəbov 27-ci pilləyə düşüb

 Şəhriyar Məmmədyarov 26-cı, Teymur Rəcəbov 27-ci pilləyə düşüb

Beynəlxalq Şahmat Federasiyası (FIDE) dekabr ayı üçün reytinq cədvəlini açıqlayıb.

525.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov geriləyiblər.

Rəcəbov 14-cü sıradan 27-yə, Məmmədyarov (hər ikisi 2723 xal) isə 16-cı pillədən 26-cı mövqeyə düşüb.

Rauf Məmmədov (2651) 9 pillə irəliləyərək 90-cı, Bakıdakı Dünya Kubokunda 4-cü olan Nicat Abasov (2641) 53-cü yerdən 98-ci sıraya enib.

Siyahıya son Dünya Kubokunun qalibi olan norveçli Maqnus Karlsen (2829) başçılıq edir. İkinci pillədə ABŞ təmsilçisi Fabiano Karuana (2795) qərarlaşıb. Bu ölkənin digər qrossmeysteri Nikaru Nakamura (2788) ilk “üçlüy”ü qapayır.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2449) 27-ci, Ülviyyə Fətəliyeva (2384) 67-ci, Gövhər Beydullayeva (2374) 77-ci, Xanım Balacayeva 98-ci, Gülnar Məmmədova (hər ikisi 2350) 99-cudur sıradadır.

Xanım şahmatçıların reytinqində birinci yer Hou İfana (Çin, 2632) məxsusdur. Çinin digər təmsilçisi Yu Venyun (2560) ikinci olub. Hindistandan olan Xampi Koneru (2554) üçüncüdür.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.