Ağ Ev Qəzzada qalıcı atəşkəsi dəstəkləmədiklərini, lakin 7 günlük humanitar fasilənin 8, 9, 10 və daha çox uzadılmasını görmək istədiklərini açıqlayıb.
525.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi, Ağ Evdə keçirdiyi mətbuat konfransında İsrail və HƏMAS arasındakı qarşıdurmalarda humanitar fasilə haqqında danışıb.
Qərbi Qüdsün girişində israillilərə qarşı silahlı hücumun Qəzzada humanitar fasiləyə təsir edib-etməyəcəyi sualına Kirbi, şiddət hadisəsinin razılaşmanın uzadılmasına hər hansı bir təsirinin olacağını düşünmədiyini söyləyib.
Kirbi, ABŞ-nin İsrailə dəstəyini davam etdirəcəyini və Qəzzanın cənubunda mülki əhalinin qorunması və onlara zərər dəyməsinin qarşısının alınması üçün müvafiq təhlükəsizlik tədbirləri görülməli olduğunu bildirib.
Məhəmməd Tağıyev