525.Az

Rusiyada LGBT hərəkatının fəaliyyəti qadağan edilib


 

Rusiyada LGBT hərəkatının fəaliyyəti qadağan edilib<b style="color:red"></b>

Rusiyada məhkəmə LGBT hərəkatının ekstremist hesab edilməsi və fəaliyyətinin qadağan edilməsi barədə qərar qəbul edib.

525.az xəbər verir ki, Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin müraciəti əsasında, ölkədə LGBT hərəkatının fəaliyyəti ilə bağlı iclas keçirib. İctimaiyyətə qapalı keçirilən toplantıda LGBT hərəkatının ekstremist hesab edilərək fəaliyyətinin qadağan edilməsi qərara alınıb.

Rusiya Ədliyyə Nazirliyinin noyabrın 17-də verdiyi açıqlamada LGBT hərəkatının fəaliyyətində sosial və dini ayrılıq elementlərinin aşkar edildiyi və bunun federal qanunu pozduğu bildirilib.

Rusiya Prezidenti Vladimir Putinin ötən il imzaladığı fərmanla ölkədəki homoseksual münasibətlər Rusiya cəmiyyəti üçün dağıdıcı ideyalar və dəyərlər sırasına daxil edilib.

Məhəmməd Tağıyev

 





01.12.2023    çap et  çap et