Vaşinqton Kiyevə hərbi dəstək verməkdə davam edir, lakin vəsait artıq tükənmək üzrədir.
525.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib.
"Amerika liderləri ümid edirlər ki, yaxın həftələrdə Konqres Prezident Co Baydenin Ukraynaya silah tədarükü üçün əlavə maliyyə tələbini təsdiq edəcək", - deyə Sinq əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, Konqres Milad bayramına qədər Ukrayna və İsrailə əlavə yardımın ayrılması ilə bağlı razılığa gələ bilər. O, İsraili dəstəkləməyin Vaşinqton üçün prioritet olduğunu vurğulayıb. Conson əlavə edib ki, əksər konqresmenlər də Ukraynaya maliyyə ayrılmasını vacib hesab edirlər.
Havar Şəfiyeva