https://525.az/img/pics/medium/2024-02/304540_tije1ae89r.jpg Şair-publisist və tədqiqatçı Gülhüseyn Kazımlı vəfat edib
https://525.az/img/pics/medium/2024-02/304354_aqsgysjgst.jpg Əzizim Ordubada...
https://525.az/img/pics/medium/2023-11/289598_lxki91c3kf.jpg Cümhuriyyət tarixinin Lənkəranla əlaqəli səhifələri - Etibar Əhədov yazır
https://525.az/img/pics/medium/2024-02/304357_ojft597hoo.jpg İçimdə bir payız küləyi əsir
search
25 Fevral 2024
24 Fevral 2024

“Sumqayıt” klubunun Müşahidə Şurasının iclası keçirilib

“Sumqayıt” klubunun Müşahidə Şurasının iclası keçirilib

"Sumqayıt" Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib

"525.az"ın məlumatına görə, Azərkimya İstehsalat Birliyinin inzibati binasında gerçəkləşən toplantını Müşahidə Şurasının (MŞ) sədri Abdulla Məmmədov açıb.

O, gündəlikdə duran məsələlərlə bağlı iclas iştirakçılarına məlumat verdikdən sonra klub prezidenti Riad Rəfiyev “Sumqayıt” Futbol Klubunun ötən təqvim ilindəki fəaliyyəti ilə bağlı hesabatı təqdim edib.

Klub prezidentinin təqdimatının ardınca Abdulla Məmmədov şəxsi işləri ilə əlaqədar MŞ-da təmsil olunmaq istəməyən "Azərkimya" İB-nin Həmkarlar İttifaqının sədri Aydın Xəlilov və keçmiş baş direktoru İmran Arzumanzadənin əvəzinə Birliyin baş direktoru Elnur Məmmədli və SOCAR-ın Aparat rəhbərinin müavini Ayxan Əliyevin Müşahidə Şurasına qəbul edilməsini təklif edib. Təklif səsə qoyularaq yekdilliklə qəbul edilib.

Daha sonra Abdulla Məmmədov digər işləri ilə əlaqədar Müşahidə Şurasının sədri vəzifəsindən istefa verdiyini, fəaliyyətinə sıravi üzv kimi davam etmək istədiyini, sədr kimi isə Elnur Məmmədlinin namizədliyini təklif etdiyini bildirib. Təklif səsə qoyularaq yekdilliklə qəbul edilib.

Müşahidə Şurasının yeni tərkibi və sədri müəyyənləşdikdən sonra klubun gələcək planları, qarşıdakı hədəflər və görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.