Bakı şəhəri Fikrət Əmirov və Dilarə Əliyeva küçələrinin kəsişməsində magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar bu gün Nəsimi, Səbail və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilişində məhdudiyyətlər tətbiq olunacaq.
Bu barədə 525.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
Agentlik narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.