https://525.az/img/pics/medium/2022-02/217791_39zaqiclvy.jpg İnformasiya müharibəsinin ən mühüm vəzifəsi - Sosial şəbəkədə yazılanlar
https://525.az/img/pics/medium/2024-02/304784_q6u22646vk.jpg GÜNƏŞİ SALAMLAMAQLA BAŞLANAN GÜNLƏR - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2024-01/301065_r7ml0gv3zu.jpg Bakıda son çərşənbə - Afaq Vasifqızı yazır
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Antoni ilə Kleopatranın gur məhəbbətinin faciəli sonluğu - Telman Orucov yazır
search
27 Fevral 2024

Bu gün boks üzrə Azərbaycan çempionatına start veriləcək

Bu gün boks üzrə Azərbaycan çempionatına start veriləcək

Bu gün kişi boksçular arasında Azərbaycan çempionatına start veriləcək.

525.az xəbər verir ki, Boks Mərkəzində təşkil olunacaq yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin, idman cəmiyyətlərini təmsil edən 41 komandanın 167 boksçusu qatılacaq. Yarışın açılış mərasimi saat 11:30-da, döyüşlər saat 12:00-da başlanacaq.

Çempionatda qaliblərin adına dekabrın 8-də aydınlıq gələcək. Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcəklər.

Qeyd edək ki, yarışın baş hakimi Anar Babanlı, supervayzeri Aleksandr Həmidov (Özbəkistan) olacaq. Döyüşləri yerli referilərlə yanaşı, xarici ədalət təmsilçiləri də idarə edəcəklər. Onlardan Yaşar Çinar (Türkiyə), Sid Ali Mokretari (Əlcəzair), Akmalcon Abdulayevlə (Tacikistan) və Bekcon Yusupov (Özbəkistan) İBA-nın 3 ulduz kateqoriyasına malikdir. Türkiyəli və əlcəzairli ədalət təmsilçilərinin, həmçinin, dünya çempionatı və Yay Olimpiya Oyunları təcrübəsi var.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.