Ermənistanda əlillər hələ də bir çox problemə üzləşirlər.
525.az “Report”a istinadən xəbər verir ki, bu fikir Ermənistanın Ombudsmanı Anait Manasyanın Beynəlxalq Əlillər Günü münasibətilə müraciətində yer alıb.
O vurğulayıb ki, əlilliyi olan şəxslərin hüquqlarının təmin edilməsi onların ləyaqətinə hörmət, inkişaf imkanları, ictimai həyatda başqaları ilə bərabər əsasda iştirak, qərarların qəbulunda müstəqillik, ətraf mühitə əlçatanlıq prinsiplərinə əsaslanmalıdır.
“Ölkənin səlahiyyətli orqanları əlillərin hüquqlarının təmin edilməsinin dövlətin konstitusiya məsuliyyəti olduğunu və alternativi olmadığını başa düşməlidirlər”, - Manasyan vurğulayıb.
Qeyd edək ki, bu gün Beynəlxalq Əlillər Günüdür. Beynəlxalq Əlillər Günü 1992-ci ildə BMT Baş Assambleyası tərəfindən elan edilib.