https://525.az/img/pics/medium/2024-02/304542_x2o6umgfbb.jpg Türkiyə Ordusu 4 terrorçunu MƏHV ETDİ
https://525.az/img/pics/medium/2024-02/304540_tije1ae89r.jpg Şair-publisist və tədqiqatçı Gülhüseyn Kazımlı vəfat edib
https://525.az/img/pics/medium/2024-02/304354_aqsgysjgst.jpg Əzizim Ordubada...
https://525.az/img/pics/medium/2023-11/289598_lxki91c3kf.jpg Cümhuriyyət tarixinin Lənkəranla əlaqəli səhifələri - Etibar Əhədov yazır
search
25 Fevral 2024
24 Fevral 2024

“Millimizin problemi təkcə baş məşqçi ilə bağlı deyil”

“Millimizin problemi təkcə baş məşqçi ilə bağlı deyil”

“Millimizdə kifayət qədər əcnəbi baş məşqçi çalışdı. Onlarda bu iş alınmadı. Amma azərbaycanlı baş məşqçi olsa, mütləq alınacaq da demək olmur”.

Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Əfran İsmayılov deyib.

Millidə yerli məşqçinin işləməsinin vacibliyini vurğulayan veteran futbolçu bir neçə mütəxəssisin bu vəzifəyə layiq olduğunu bildirib: “Ümumiyyətlə, milli komanda çox həssas yerimizdir. Ona görə də düzgün qərar vermək lazımdır. Yerli məşqçi mentaliteti daha yaxşı bilir, futbolçuları tanıyır. Yəni futbolçulara hərtəfərli bələd olur. Milli komanda səviyyəsində digər ölkələrdən çox geri qalırıq. İlk növbədə düzgün baş məşqçi seçib, tədricən komandanı inkişaf etdirmək lazımdır.

Qurban Qurbanov, Rəşad Sadıqov, Aftandil Hacıyev, Azər Bağırov, Ayxan Abbasov kimi məşqçilərimiz var. Mən düşünürəm ki, ən yaxşı məşqçilərimizdən birini yox, bir neçəsini milliyə gətirmək olar. Hər məşqçinin öz üstün tərəfi var. Məsələn, Rəşad Sadıqov, Azər Bağırov və Aftandil Hacıyev üçü bir yerdə millidə çalışsa, bəlkə də uğurlu olar. Fərqli sistemlərlə işləyən məşqçilərdir. Hərəsi öz müsbət tərəfini ortaya qoysa, milli üçün də yaxşı nəticə verə bilərlər. Ancaq bizdə məşqçi qıtlığı olduğuna görə bunu da etmək olmur. Onlar millidə çalışsa, klublar məşqçisiz qalacaq”.    

Ə.İsmayılov onu da qeyd edib ki, millidəki uğursuzluqlar təkcə baş məşqçi məsələsi ilə bağlı deyil: “Problemlər çox yerdən qaynaqlanır. Bizdə uğursuzluq təkcə əsas millidə deyil ki. Uşaq futbolunda da problem var, futbolçuların özündə də. Milli komandaya gələn futbolçu onun məsuliyyətini dərk etməlidir. “Qarabağ”da oynayan yerli futbolçu milli komandada o effekti vermir. Bunların hamısını aradan qaldırdıqdan sonra uğur haqda fikirləşmək olar. Problemin hamısı baş məşqçinin üstünə atılmamalıdır”.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.