Filippinin Mindanao adasının şərq sahillərində 7 bal gücündə zəlzələ baş verib.
525.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS), Mindanao adasının şərq sahillərində 7 bal gücündə zəlzələnin qeydə alındığını açıqlayıb. Yerin təxminən 10 kilometr dərinliyində baş verən zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.
Ötən gün isə Mindanao bölgəsi yaxınlığında 7,6 bal gücündə zəlzələ baş vermiş və zəlzələdən sonra sunami xəbərdarlığı edilmişdi.
Qeyd edək ki, dünyada ən çox seysmik hərəkətlərə malik ölkələrdən biri olan Filippin, "Alov halqası" kimi tanınan Sakit Okean Seysmik Bölgəsində yerləşir.
Məhəmməd Tağıyev