|
|
|
|
Qərbi Balkan ölkələrindən olan Monteneqroda başlayan siyahıyaalmanın 15 gün davam edəcəyi bildirilib.
525.az xəbər verir ki, Monteneqro Statistika İnstitutundan verilən açıqlamada dünən başlayan siyahıyaalmanın 15 gün davam edəcəyi və növbətçilərin hər gün yerli vaxtla 08:00-20:00 arasında ərazidə olacaqları bildirilib. Açıqlamada zərurət yaranarsa siyahıyaalmanın bir neçə gün daha uzadıla biləcəyi, ölkədə yaşamaq icazəsi olan əcnəbilərin də siyahıyaalmaya daxil ediləcəyi vurğulanıb.
Monteneqroda 12 il əvvəl edilən son siyahıyaalmada ölkə əhalisinin təxminən 620 min olduğu təsbit edilmişdi.
Məhəmməd Tağıyev