Böyük Britaniya məhbusların xilas edilməsinə dəstək olmaq məqsədilə İsrailə kəşfiyyat məlumatı vermək üçün Qəzza üzərində müşahidə uçuşları həyata keçirəcəyini açıqlayıb.
525.az xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada hökumətin oktyabrın 7-dən etibarən Britaniya vətəndaşları da daxil olmaqla əsirlərin azad edilməsi üçün bölgədəki tərəfdaşları ilə birlikdə çalışdığı bildirilib.
Vətəndaşlarının təhlükəsizliyi Britaniyanın əsas prioritetidir deyilən açıqlamada: "Britaniya Müdafiə Nazirliyi girovların xilas edilməsi üzrə davam edən fəaliyyətlərə dəstək olaraq Şərqi Aralıq dənizi üzərində müşahidə uçuşları həyata keçirəcək, o cümlədən İsrail və Qəzza üzərindəki hava məkanında fəaliyyət göstərəcək", - ifadəsinə yer verilib.
Məhəmməd Tağıyev