|
|
|
|
Filippinin Aras-Asan bölgəsindən 35 kilometr şimal-şərqdə 6,9 bal gücündə zəlzələ baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) Aras-Asan bölgəsindən 35 kilometr şimal-şərqdə 6,9 bal gücündə zəlzələnin qeydə alındığını açıqlayıb.
Yerin təxminən 30,5 kilometr dərinliyində baş verən zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.
Qeyd edək ki, USGS bu gün Mindanao adasının şərq sahillərində 7 bal gücündə zəlzələnin baş verdiyini və daha sonra zəlzələnin maqnitudasını 6,6 bal gücündə yenilədiyini bildirib.
Malik Atilay