|
|
|
|
ABŞ hava yolları şirkəti "Alaska Air" "Hawaiian Airlines"ı borclar da daxil olmaqla 1,9 milyard dollara almaq barədə razılığa gəldiyini açıqlayıb.
525.az xəbər verir ki, "Alaska Air"in rəsmi internet saytındakı açıqlamada "Hawaiian Airlines"ın 900 milyon dollarlıq borcu da daxil olmaqla şirkətə 1,9 milyard dollar ödəniləcəyi qeyd edilib.
Açıqlamada birləşən iki şirkətin öz adları altında fəaliyyətlərini davam etdirəcəkləri və ümumilikdə 138 fərqli istiqamətə uçuş təmin etmək səlahiyyətinə sahib olacağı bildirilib.
Qeyd edək ki, müqavilə həm ABŞ aviaşirkətlərinin direktorlar şuraları, həm də "Hawaiian Holding" səhmdarları tərəfindən təsdiqləndikdən sonra tam birləşmə 12-18 ay ərzində başa çatacaq.
Malik Atilay