|
|
|
|
Nigeriya ordusunun son bir həftədə ölkənin şimal-şərqində həyata keçirdiyi əməliyyatlarda 52 terrorçu məhv edilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Nigeriya Müdafiə Nazirliyinin Media Əməliyyatları Direktoru Edvard Buba verdiyi açıqlamada ordunun son bir həftədə ölkənin şimal-şərq əyalətlərində "Boko Haram"a qarşı əməliyyatlar keçirdiyini bildirib.
Buba əməliyyatlarda 52 terrorçunun öldürüldüyünü, onlarla terrorçunun isə yaralanaraq xilas olduğunu qeyd edib.
Əməliyyatlar zamanı aralarında təşkilatın rəhbərləri də daxil olmaqla 204 terrorçunun ələ keçirildiyini bildirən Buba, terrorçulara məxsus xeyli miqdarda sursatın ələ keçirildiyi barədə məlumatı paylaşıb.
Malik Atilay