Rusiya Prezidenti Vladimir Putin Rusiya ordusundakı əsgərlərin sayını təxminən 170 min nəfər artıraraq, hərbi personalın ümumi sayını 2 milyon 209 minə çatdırıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Kremlin saytında dərc olunan Putinin imzaladığı fərmana əsasən, Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı 1 milyon 320 mini əsgər olmaqla 2 milyon 209 min 130 nəfər müəyyən edilib.
Putinin 2023-cü il yanvarın 1-dən qüvvəyə minən əvvəlki fərmanına əsasən, Rusiya ordusunda şəxsi heyətin sayı 1 milyon 150 min 628 əsgər olmaqla 2 milyon 39 min 758 nəfərdən ibarət olub.
Belə ki, əvvəlki fərmana əsasən, hərbçilərin sayında 169 min 372 nəfər artım olub.
Malik Atilay