https://525.az/img/pics/medium/2025-01/340391_tyu35cb2tq.jpg “525-ci qəzet”in 17 yanvar sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2025-01/340116_x00d8woz5j.jpg Azərbaycanın Batumda ilk konsulu Mahmud bəy Əfəndiyev: həyatı və siyasi-diplomatik fəaliyyəti
https://525.az/img/pics/medium/2025-01/340367_ksg1zmjjnz.jpg Yazmasam, borclu qalaram... - Abid Tahirli yazır
https://525.az/img/pics/medium/2025-01/340346_s7lzp1vf8p.png Ölülərdən dirilərə məktub - Mustafa Çəmənli yazır
search
16 Yanvar 2025

"Şanslarımızdan yararlansaydıq, nəticə fərqli olardı"

"Şanslarımızdan yararlansaydıq, nəticə fərqli olardı"

"Bizim üçün ağır oyun alındı. İstədiyimizi meydanda göstərməyə rəqib imkan vermədi".

QOL.az xəbər verir ki, bu sözəri "Qəələ"nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 15-ci turunda "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları oyun haqqında danışarkən deyib.

Mütəxəssis rəqibin layiqli qələbə qazandığını bildirib: "Komandamdan daha çox dinamika gözləyirdim. Amma yenə qol epizodlarımız oldu. Hesab 1:0 olanda, şanslarımızdan yararlansaydıq, nəticə fərqli olardı. Səviyyə fərqini danmaq olmaz. "Qarabağ" layiqli qələbə qazandı".

O, növbəti turda "Kəpəz"ə qarşı keçirəcəkləri matç haqqında da fikirlərini bölüşüb: "Hələ o oyunu düşünmürdük. Bu matçı fikirləşirdik. Hər xal önəmlidir. Çempionatda hər komandadan xal almaq mümkündür".

E.Baxşıyev futbolçusu Ülvi İsgəndərovun oyunu barədə danışıb: "Ülvi də çalışır. Keçən il daha uğrulu alınırdı. Daha da artığını etməlidir ki, qolları gəlsin. Potensialı olan futbolçudur. Üzərində çox işləməlidir ki, alındırsın". 

Mütəxəssis "Qarabağ"ın ağır səfərdən gəlməsinin "Qəbələ"də arxayınlıq yaradıb-yaratmadığı barədə suala belə cavab verib: "Bizim üçün ağır olacaqdı. Mövsümün əvvəlində "Omoniya" ilə oynadıq, iki gün sonra "Sabah"a uduzduq. Bizim kimi komandalara ağır olur. Amma "Qarabağ"ın heyəti genişdir, onlar üçün rotasiya etmək rahatdır".

O, "Qarabağ"ın vurduğu ilk qol haqda bunları söyləyib: "Hələ baxmamışam. Rahat qol olmur. Rəqibin də vurduğu qolu kiçiltmək lazım deyil. Sadəcə boşluqdan istifadə etdilər".

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.